Daxili Kredit İlə Həyət evi sahibi olun!
İlkin ödəniş 40.000 AZN
Ev sahibi olmaq üçün heç bir rəsmi gəlir və ya iş yeri arayışı tələb olunmur. Sadəcə ilkin ödənişi edərək qalan məbləği 1 ildən 7 ilədək müddətə bölüb hissə-hissə ödəyə bilərsiniz. Alqı-satqı prosesi notarial qaydada, rəsmi müqavilə əsasında həyata keçirilir.
Sumqayıt şəhəri, 11-ci mikrorayonun arxasında, Portağal Marketin yaxınlığında yerləşən fərdi yaşayış evi satışa təqdim olunur. Ümumi sahəsi 100 kv.m olan ev 1.6 sot torpaq sahəsində inşa edilir və 3 otaqdan ibarətdir. Tikinti 6 daş kürsü üzərində, qoşa daşla aparılır, ara kəsmələr də daşdan hörülür. Həyətə avtomobillə giriş imkanı nəzərdə tutulub, evin ətrafında ara məsafələri saxlanılır. Ev tam təmirli şəkildə təhvil veriləcək. Bütün sənədləri qaydasındadır, paket kupça ilə təmin olunur. İlkin ödəniş və seçilən müddətdən asılı olaraq aylıq ödəniş təxminən 500–600 AZN təşkil edir. Nağd satış da mümkündür. Müştərinin istəyinə uyğun olaraq torpaq sahəsinin, mərtəbə sayını,otaq sayının və evin ümumi sahəsinin dəyişdirilməsi də mümkündür.